Hansı kişilər “qadın fiquru”na sahib olmaq riski altındadırlar...

...Rusiyalı psixiatr-narkoloq Vitali Xoldin bəzi kişilərin fizikasının zaman keçdikcə nə üçün qadın xüsusiyyətləri əldə etdiyini izah edib.

Mütəxəssisin dediyinə görə, bu, uzun müddət alkoqol qəbulu zamanı baş verir.

SİA xəbər verir ki, Xoldin Moskva agentliyinə müsahibəsində belə bir vəziyyətdə əsas kişi hormonunun - testosteronun səviyyəsinin tədricən azaldığını və qadın hormonlarının istehsalının artdığını bildirib.

Həkim qeyd edib ki, tez-tez içki qəbul edən kişidə təkcə mədə böyümür, həm də süd vəziləri böyüyür, piylər qadın nümunəsində – omba və yanlarda yığılmağa başlayır.

Bundan əlavə, narkoloq qadınlara alkoqoldan sui-istifadə nəticəsində orqanizmdə dəyişikliklərlə bağlı xəbərdarlıq edib. Maraqlıdır ki, zərif cinsin nümayəndələri üçün əks proseslər baş verir - qadın hormonlarının miqdarı azalır.

...Və nəticədə menstrual dövrü pozulur və hamilə qalma ehtimalı azalır.

Bunu deyən Xoldin spirtin təhlükəsiz dozasının olmadığını vurğulayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə