Milli Oftalmologiya Mərkəzi Yevlax sakinləri ücün tibbi aksiya keçirəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Yevlax şəhərinin sakinləri ücün tibbi aksiya həyata keçirəcək. SİA xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Yevlax şəhərində tibbi xidmət göstərəcək. Aksiyada məqsəd müayinə üçün vaxt ayıra bilməyən əhalinin operativ şəkildə müayinə olunması, buna əsasən müalicə metodu tətbiq edilməsi, ciddi vəziyyətlə qarşılaşdıqda pasiyentləri mərkəz və ya yaxın ərazidə yerləşən filiallara yönləndirməkdir.

Səyyar aksiya 25-26 may tarixlərində Yevlax şəhərində keçiriləcək.

Əlaqə: Mob: (+994) 8919451, (012) 5682890.

Bütün xəbərlər Facebook səhifəmizdə