“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Mərkəzi Gömrük Hospitalı tərəfindən ağacəkmə tədbirləri davam etdirilir. SİA xəbər verir ki, 24 may 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin tədbirlər planına əsasən Mərkəzi Gömrük Hospitalının 2 saylı Poliklinikasının həyətində ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Texniki-təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov, İT Texnologiyaları şöbəsinin mühəndis proqramlaşdırıcısı Natiq Orucov, Mühasibatlıq şöbəsinin mühasibi Ramil Kərimov, mühasib-xəzinədar Rəhman Seyidzadə və digər əməkdaşlar iştirak ediblər.

Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının 2 saylı Poliklinikasının həyətində müxtəlif növ dekorativ ağaclar əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə