“Kardiologiya - açıq mühazirə” mövzusunda seminar keçirilib - FOTO

23 may 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Kardiologiya - açıq mühazirə” mövzusunda seminar keçirilib. SİA xəbər verir ki, seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, Bakı Sağlamlıq Mərkəzinin kardiologiya və ürək cərrahiyyəsi məsələləri üzrə koordinator, kardioloq, aritmoloq Fərid Əliyev, rezidentlər və həkimlər iştirak edib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək həkim və rezidentlərin elmi fəaliyyətlərinin gücləndirilməsi istiqamətində Mərkəzi Gömrük Hospitalında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və auditoriyanı aktiv olmağa dəvət edib.

Seminarda Bakı Sağlamlıq Mərkəzinin kardiologiya və ürək cərrahiyyəsi məsələləri üzrə koordinator, kardioloq, aritmoloq Fərid Əliyev geniş təqdimatla çıxış edib. O, kardiologiyanın bugünü və gələcəyi, innovativ texnologiyaların tətbiqi və bu sahədə həkim və rezidentlərin nəzəri və praktiki biliklərinin davamlı inkişafının vacibliyi barədə fikirlərini bölüşüb və auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Seminar xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə