Səhər yeməyi üçün ən yaxşı vaxt...

...Yəqin ki, pəhrizin ürək sağlamlığınızı yaxşılaşdırmağa kömək edə biləcəyini eşitmisiniz. Kardioloqların fikrincə, sağlamlığınıza səhər yeməyinizi saat neçədə yediyiniz də təsir edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Parade” yazır.

...Arıqlamaq üçün gecə gec saatlarda yeməməyə çalışmaq ən yaxşısıdır. Fasiləli oruc tutmaq bu işdə sizə kömək edə bilər. Axşam 17:00 və ya 18:00-dan əvvəl yeməyi bitirməyi hədəfləmək yaxşı məqsəd ola bilər.

Bunu həkim Meri Branç deyir.

Qeyd edilir ki, 2022-ci ildə aparılan bir araşdırma, axşamdan keçmiş yeməyinin kilo almağa səbəb ola biləcəyini göstərib. Piylənmə və artıq çəki ürək xəstəliyi riskinizi artıra bilər.

Branç hər gün saast 07:45-də səhər yeməyinə başlamağı məsləhət görür.

2023-cü ildə nəşr olunan bir araşdırmaya görə, səhər yeməyinin vaxtı insan orqanizmi üçün vacibdir. Tədqiqatçılar səhər saat 8-dən əvvəl səhər yeməyi yeyən və axşam 9-dan əvvəl yeməyi dayandıran insanların ürək xəstəliyinə tutulma riskinin daha az olduğunu müəyyən ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə