Beynin qocalmasını yavaşladan qidalar...

...Linkolndakı Nebraska Universitetinin alimləri qrupu yağ turşuları, antioksidantlar, karotenoidlər, E vitamini və xolinlərin qocalıqda beyin sağlamlığını qorumağa kömək etdiyini müəyyən edib.

SİA-nın əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri “npj Aging” jurnalında dərc olunub.

Tədqiqatda 65-75 yaşlı 100 koqnitiv sağlam insan iştirak edib. Tədqiqatçılar subyektlərin həyat tərzi və pəhrizləri haqqında məlumat toplayıb və onlardan pəhriz keyfiyyətinin müəyyən biomarkerlərinin konsentrasiyasını müəyyən etmək üçün qan nümunələrini təqdim etməyi xahiş ediblər.

İştirakçılar həmçinin koqnitiv bacarıqları və beynin MRT (maqnit rezonans görüntüləmə) skanını qiymətləndirmək üçün testlər keçiriblər.

Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları (vaksenik, qondoik, alfa-linolenik, elkosapentaenoik, eikosadienoik və liqnoserik) istehlak ediblər.

Onlar yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, toxum və zeytun yağında olur.

Antioksidantlar və karotenoidlər, o cümlədən cis-lutein, trans-lutein və zeaksantin də idrak sağlamlığını qorumaq üçün vacib olduğu aşkar edilmişdir.

Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur.

Onlar orqanizmin hüceyrələrini oksidləşdirici stressdən, xüsusi bir zərər formasından qoruyurlar.

Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, E vitamini və xolin beynin qocalmasını ləngidə bilir.

Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə