“Kardiologiya - açıq mühazirə” mövzusunda seminar həyata keçiriləcək

23 may 2024-cü il tarixində saat 15.00-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Kardiologiya - açıq mühazirə” mövzusunda seminar həyata keçiriləcək. SİA xəbər verir ki, seminarda Bakı Sağlamlıq Mərkəzinin kardiologiya və ürək cərrahiyyəsi məsələləri üzrə koordinator, kardioloq, aritmoloq Fərid Əliyev geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.

Seminar terapevt, kardioloq, nevroloq, nefroloq və kardiocərrah ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə