BDU-da tələbə, müəllim və ümumi heyət üçün tibbi aksiya keçirilib - YENİLƏNİB - FOTOLAR

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 16-21 may 2024-cü il tarixində Bakı Dövlət Universitetində tələbə, müəllim və ümumi heyət üçün tibbi aksiya keçirir. SİA xəbər verir ki, Səyyar Klinika Akademik Zərifə Əliyeva adına Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətinə tibbi xidmət göstərir. 2 gün davam edəcək aksiyada məqsəd pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün aksiyalar keçir. Həmçinin Səyyar Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin və müəllim heyətinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün şəraitin yaradılması üçün vacibdir. Müasir səviyyədə oftalmoloji texnologiyalarının inkişafı müxtəlif metodlarla refraktiv anomaliyaları vaxtında düzəldilməsinə və görmə funksiyalarının artırılmasına imkan verir. Gənc, iş qabiliyyətli insanların refraktiv anomaliyalarının təhlili bu patologiyaların vaxtında aşkarlanmasında və müalicəsində mobil oftalmoloji klinikanın əvəzsiz rolunu göstərmişdir. Bütün bunlar həm ölkənin mərkəzi, həm də kənar bölgələrində göz xəstəliklərinin aşkarlanmasının vacibliyini təsdiqləyir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. BDU son zamanlar ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 16 fakültə, 120 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi və 24 Elmi-Tədqiqat Laboratoriyalarında 3000 nəfərədək əməkdaş çalışır. Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompyuter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə