BDU-da tələbə, müəllim və ümumi heyət üçün tibbi aksiya keçirilir - YENİLƏNİR - FOTOLAR

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 16-21 may 2024-cü il tarixində Bakı Dövlət Universitetində tələbə, müəllim və ümumi heyət üçün tibbi aksiya keçirir. SİA xəbər verir ki, Səyyar Klinika Akademik Zərifə Əliyeva adına Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətinə tibbi xidmət göstərir.

2 gün davam edəcək aksiyada məqsəd pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə