Diz oynaqlarını sağlam saxlayan vərdiş...

ABŞ-ın Baylor Tibb Kollecinin alimləri müəyyən ediblər ki, mütəmadi olaraq velosiped sürən insanlarda diz ağrıları və osteoartrit daha az olur.

SİA-nın əldə etdiyi məlumata görə, elmi işin nəticələri “Medicine & Science in Sports & Exercise” jurnalında dərc olunub.

Tədqiqatda 45-79 yaş arasında olan 2600-dən çox insan iştirak edib.

Subyektlərdən yeniyetməlik (12-18 yaş arası), gənc yetkinlik (19-34 yaş) və yetkinlik (35-49 yaş) dövründə ən çox hansı fiziki fəaliyyətlə məşğul olduqlarını bildirmələri istənilib. İştirakçılar həmçinin nə qədər tez-tez velosiped sürdüklərini, stasionar velosipeddə məşq etdiklərini və ya arabir velosiped sürdüklərini qeyd ediblər.

İştirakçıların səhhəti haqqında daha çox məlumat əldə etdikdən sonra tədqiqatçılar müəyyən ediblər ki, həyatlarının müəyyən dövründə müntəzəm olaraq velosiped sürən insanlarda dizdə rentgenoqrafik osteoartrit (ROA) və simptomatik radioqrafik osteoartrit (SOA) inkişaf riski azalıb. Qeyd edilməlidir ki, osteoartrit, oynağın sinovial membranının iltihabı ilə xarakterizə olunur, bunun nəticəsində qığırdaq və sümük toxuması məhv olur.

…Alimlər aydınlaşdırıblar ki, velosiped sürməyi sevənlərin tez-tez diz ağrıları 17 faiz, ROA inkişaf etdirmə ehtimalı 9 faiz və SOA inkişaf etdirmə ehtimalı 21 faiz daha azdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə