Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Nərmin Muradova 8-11 may 2024-cü il tarixlərində İtaliyanın Florence şəhərində keçirilən “Ginekoloji Endokrinologiya” mövzusunda 21-ci Dünya Konqresində iştirak edib. SİA xəbər verir ki, konqresdə ginekologiya, mamalıq və reproduktiv endokrinologiya üzrə ən son yeniliklər müzakirə olunub, ginekologiya sahəsi üzrə aparıcı mütəxəssislər tərəfindən embrion və fetal, menopoz və yaşlanma, endokrinologiya, Ultrasəs və MR, ginekoloji cərrahiyyə və digər mövzularda təqdimatlarla çıxışlar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB