"İnsult olduqda dərhal həkimə müraciət etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib.
O bildirib ki, insultun ilk əlamətləri bunlardır: "Bədənin hər hansısa bir hissəsində - sifət, əl və ayaqda əzələ zəifliyinin əmələ gəlməsi;
Qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması;
Danışma qabiliyyətinin pozulması;
Baş gicəllənmədən, ayağadura bilməməkdən şikayətlər;
Qəfildən güclü başağrısı başlaması;
Arterial təzyiqin düşməsi;
Xəstənin sifəti qırmızı rəngə çalır, əlləri əsir, nəfəsalma çətinləşir, hərarət yüksəlir;
Udma qabiliyyətinin pozulması;
Qıcolma tutmaları;
Şüur pozulması;
İnsult zamanı bunları etmək lazımdır:
Əgər arterial təzyiq varsa, gündə ən azı 2 dəfə onu yoxlatmalısız. Yağlı yeməkləri az yemək, duzun miqdarını azaltmaq, çəkini qaydada saxlamaq lazımdır.
İnsanlar özlərinə sakitləşdirici hobbi tapsalar yaxşı olardı: krossvord etməyə, əsərlər yazmağa, güllər əkməyə həvəs göstərsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə