Nazirlik rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini anıb - FOTOLAR

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib. Bu barədə SİA-ya Nazirlikdən bildirilib.

Qeyd edilib ki, aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 101 il keçir.

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanını ziyarət edib, onun məzarı önünə gül dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə