Dr.Kənan Əsədov kursda iştirak edib

Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov 10-24 aprel 2024-cü il tarixlərində Rusiyanın Moskva şəhərində Akademik V.İ. Şumakov adına Transplantologiya və Süni Orqanlar üzrə Milli Tibbi Tədqiqat Mərkəzində ürək transplantasiyası və süni ürək əməliyyatı üzrə təkmilləşdirmə kursunda iştirak edib. SİA xəbər verir ki, 72 saat həcmində olan kursda ürək transplantasiyasına göstəriş, resepientlərin seçilməsi, ürək transplantasiyası əməliyyatının texnikası, əməliyyatın aparılması və əməliyyatdan sonrakı dövrdə aparılan müalicə və qulluq qaydaları barədə ətraflı məlumat verilib.

Akademik V.İ. Şumakov adına Transplantologiya və Süni Orqanlar üzrə Milli Tibbi Tədqiqat Mərkəzi bütün növ transplantasiya xidmətini göstərən və ölkədə ən çox sayda həyati vacib orqan transplantasiyası əməliyyatlarını həyata keçirən böyük elmi-klinik müəssisədir və transplantasiyaların kliniki nəticələri aparıcı xarici klinikaların nəticələrinə uyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə