Niyə insanlar asan yola - mədəkiçiltməyə üz tuturlar? - DİETOLOQ ŞƏRH ETDİ

"Mədəkiçiltmə əməliyyatı bariatrik cərrahiyyənin bir növüdür". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-dietoloq, diet kitablar müəllifi Leyla Zülfüqarlı deyib.

O bildirib ki, mədəkiçiltmə əslində estetik cərrahiyyə sayılmır: "Nəticə etibarilə eyni nəticəni vermiş olurlar. Çünki hər ikisi müalicə deyil. Nə bariatrik cərrahiyyə, nə də estetik cərrahiyyə müalicə-terapiya yöntəmi olmadığı üçün insanlar bunlardan ancaq vizual xarakterli faydalana bilirlər. Yalnız qısa müddətli faydalana bilirlər. Ona görə də estetik cərrahiyyədə bir dəfə oldusa, mədə şəkilləndirmədə yenə ikinci dəfə təkrarlaya bilir. Yaxud bariatrik cərrahiyyədə arıqlamaq istəyən biri mədə kiçiltmə ilə buna nail olmaq istəyir. Nəticədə yenidən müalicə olunmayan hissələr varsa, hormonal sistem kimi, köklüyə gətirib çıxaran səbəblər müalicə olunmayıbsa, bu insan yenidən kökələ bilir. Bu da mədənin quruluşu ilə bağlıdır. Bu orqan yenidən böyüyə bilir.

Deyək ki, insanın kökəlmə səbəbi qalıb, ona toxunulmayıb, müalicə olunmayıb sadəcə arıqlamaq istəyib, bədən şəkilləndirmə edib. Mədəkiçildəndə porsiya azalır, iştah da azala bilər. Az yeyir, arıqlayırlar. Təbii ki, buna nail olurlar. Amma doğru şəkildə arıqlma olmur. Çünki ölçü azaldaraq arıqlamaqla ümumi resurslardan kiçilir. Yəni əzələni də parçalayır, yağı da. Bir də var ki, daha doğru üsuldur. İnsanı kökəldən səbəbi tapıb müalicə etdikdə insanın birbaşa yağını parçalayır. Yağını əmələ gətirən hansısa hormon idisə, bunu müalicə edib birdəfəlik nəticəyə nail olmaq olur.

Mədəkiçiltmə əməliyyatının bu riskləri var ki, müalicə olmadıqda, insanın mübadilə sistemi tam öyrənilmədikdə bir çox xəstəliklərə səbəb ola bilir və təkrarlana bilir. Mənə görə, mədəkiçiltmə əməliyyatını 200 kilodan yuxarı və yaşı 55-in üzərində olan insanlar etməlidir. Çünki bədən çəki indeksi daha böyük rəqəmlərdə olacaq, yaşı da imkan vermir ki, çox gözləyək. Ona görə də yalnız bu rəqəmlərdə olan insanlar edə bilərlər. Digərləri üçün isə yalnız müalicə lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə