Ətdən imtina ilə bağlı məşhur mif dağıldı..?

...Ət məhsullarından imtina qida çatışmazlığına və immunitet sisteminin pisləşməsinə səbəb olmur. Bitki qidalarında olan bir çox fitonutrientlər hətta immunitet funksiyasını gücləndirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Mayo Klinikasından (ABŞ-ın böyük tibb və tədqiqat mərkəzi) ailə həkimi Kristin Nquyen MedicalXpress-ə bildirib.

...Həkimin fikrincə, vegan pəhrizinin faydalarını təmin edən əsas amil heyvan mənşəli məhsullardan qaçınmaq deyil, müxtəlif növ bitki mənşəli qidaların balanslaşdırılmış istehlakıdır.

Bədəni liflə təmin etmək üçün qoz-fındıq, lobya və paxlalılar müntəzəm istehlak edilməlidir. Fitonutrientlərlə zəngin bitkiləri unutmamaq vacibdir.

Qeyd edilir ki, fitonutrientlər meyvə və tərəvəzlərə özünəməxsus rəng, dad və qoxu verən bioloji aktiv maddələr qrupudur.

Bunlara karotenoidlər, fitosterollar, fitoestrogenlər, flavonoidlər və xlorofillər daxildir. Bu birləşmələr antiinflamatuar və antioksidant təsirlərə malikdir (bədən hüceyrələrini zədələnmədən qorumaq qabiliyyəti).

Nquyen qeyd edib ki, piqmentli (parlaq rəngli) tərəvəz, meyvə və giləmeyvə fitonutrientlərlə zəngindir. Onların digər mühüm funksiyalarına patogen mikroorqanizmlərin və xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq, immun qan hüceyrələrinin istehsalını stimullaşdırmaq və toksinləri bədəndən effektiv şəkildə çıxarmaq qabiliyyəti daxildir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə