MGH-də tələbələr üçün növbəti təlimlər keçirilib - FOTOLAR

16 və 17 aprel 2024-cü il tarixlərində Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün növbəti təlimlər keçirilib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq 16 aprel 2024-cü il tarixində Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin baş müfəttişi Hüseyn Qasımov tərəfindən “İlk yardım-nəzəri və praktik bacarıqlar”, 17 aprel 2024-cü il tarixində isə Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin mütəxəssisi Ceyranxanım Hacıyeva tərəfindən “Laborator müayinələrin keyfiyyətinin təmin olunmasında tibb bacısının rolu. Preanalitik mərhələnin qaydaları” mövzularında təlimlər keçirilib.

Təlimlər zamanı Hüseyn Qasımov qanaxma, yanıqlar, zədələnmələr, heyvan və ya həşərat dişləmələri zamanı ilk yardım haqqında ətraflı məlumat verib. Ceyranxanım Hacıyeva isə laboratoriyada qan götürmə taktikaları, laborator və instrumental müayinələrin ümumi prinsipləri, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların düzgün götürulməsi qaydaları barədə ətraflı məlumat verib və Hospitalın Tibbi laboratoriyasının beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb. Təlimlər zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Təlim xatirə şəklinin şəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə