Dr.Kənan Əsədov kursda iştirak edir - FOTO

Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov 9 aprel 2024-cü il tarixindən etibarən iki həftə ərzində Rusiyanın Moskva şəhərində Akademik V.İ. Şumakov adına Transplantologiya və Süni Orqanlar üzrə Milli Tibbi Tədqiqat Mərkəzində ürək transplantasiyası və süni ürək təcrübə kursunda iştirak edir. SİA xəbər verir ki, akademik V.İ. Şumakov adına Transplantologiya və Süni Orqanlar üzrə Milli Tibbi Tədqiqat Mərkəzi bütün növ transplantasiya xidmətini göstərən və ölkədə ən çox sayda həyati vacib orqan transplantasiyası əməliyyatını həyata keçirən böyük elmi-klinik müəssisədir və transplantasiyaların kliniki nəticələri aparıcı xarici klinikaların nəticələrinə uyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə