“Uşaq cərrahiyyəsində rentgenoloji müayinənin əhəmiyyəti”

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov 19 aprel 2024-cü il tarixində saat 14.00-da “Uşaq cərrahiyyəsində rentgenoloji müayinənin əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edəcək. SİA xəbər verir ki, seminar pediatrlar, uşaq cərrahları, radioloqlar, təcili yardım həkimləri və uşaq cərrahiyyəsi ixtisasına malik həkim-rezidentlər üçün nəzərdə tutulub. Tədbirdə əyani və virtual iştirak etmək mümkündür. Qeydiyyatdan keçərək virtual qoşulmaq istəyən tibb mütəxəssislərinə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN. Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Vüsal həkimin uşaq cərrahiyyəsi sahəsində apardığı əməliyyatların sayı 5000-i ötmüşdür.

O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir. O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdir.

Bütün xəbərlər Facebook səhifəmizdə