Evlənmədən öncə hansı ginekoloji müayinələrdən keçilməlidir? - AYDINLIQ GƏTİRİLDİ

“Evlənmək üçün “Asan Xidmət" mərkəzlərinə müraciət zamanı qanunla tələb olunan bir sıra analizlər verilir”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, “Asan Xidmət” mərkəzlərində verilən analizlərdə talassemiya, QİÇS və sifilis kimi hallar yoxlanılır: “Lakin evlənəcək olan cütlüklər biz həkimlərin profilaktik olaraq məsləhətini nəzərə alsalar, öncədən soruşsalar təbii ki daha artıq analizlər deyəcəyik. Bu onların sonradan problem yaşamamaları üçündür”.

Ləman Əliyeva sözlərinə belə davam edib: “Mən tövsiyə edərdim ki, mütləq şəkildə bir ultrasəs müayinəsi lazımdır. Qadın cinsi orqanının anatomik olaraq düzgün yerləşməsini, ölçülərinin normal olmasını, fəaliyyətini yoxlamaq və ehtiyac olarsa, hormonlardan analiz vermək lazımdır. Burada xanımdan anamnez toplamaq çox önəmlidir, aybaşısı vaxtlı-vaxtında düzgün olurmu, problem varmı? O anamnezə əsasən də hansı analizlər verəcəyimizi və hansı müayinələr edəcəyimizi daha dəqiq bilirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə