Dr.Rəşad Mahmudov Beynəlxalq Elmi konfransda çıxış edib - FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov 5 aprel 2024-cü il tarixində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Kardiologiyanın aktual problemləri" mövzusunda Beynəlxalq konfransın həm rəsmi açılışında, həm də konfransın elmi hissəsində məruzəçi kimi çıxış edib. SİA xəbər verir ki, dr.Rəşad Mahmudovun “Xroniki stabil isemik ürək xəstələrində revaskulyarizasiyaya göstərişilər: Kimə və nə üçün?” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparlıb.

Həmçinin, konfransda ölkəmizdə həyata keçirilən səhiyyə islahatları və onun nəticələri, kardioloqiyanın müasir vəziyyəti barədə danışılıb. Türkiyə və Rusiyadan dəvət olunan elm adamlarının da iştirak etdiyi elmi konfrans maraqlı müzakirələr və elmi mübahisələrlə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə