101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanın 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib. SİA xəbər verir ki, bu barədə Agentliyin icbari tibbi sığorta sahəsində ictimai iştirakçılığı gücləndirmək, şəffaflığı təmin etmək, qurumun fəaliyyəti barədə məlumat vermək məqsədilə jurnalistlər üçün keçirilən “Açıq qapı” günündə məlumat verilib.

Bildirilib ki, 2023-cü ildəki monitorinqlər nəticəsində 7 tədbir, 33 alt tədbirdən ibarət olmaqla Təkliflər Planı hazırlanaraq TƏBİB-ə təqdim edilib.

Məlumata görə, monitorinqlərin əsas məqsədi əhalinin maneəsiz şəkildə tibbi sığortadan yararlanmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və nəticədə vətəndaş məmnunluğunun artmasına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə