Nərimanovda yanğında xəsarət alanlardan 4-ü evə buraxılıb

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb. SİA xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, yanğında xəsarət alan və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan 5 nəfərdən 4-ü evə buraxılıb. 1 nəfərin müalicəsi hələ də Mərkəzdə davam etdilir.

Xatırladaq ki, martın 31-də Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmışdı. Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə