“Düzgün lampanın seçilməsi istifadə olunacaq məkan və zamandan asılıdır. Məsələn, qapalı, gün işığı düşməyən ofislərdə gündüz lampaları adlanan işqlardan istifadə etmək məqsədə uyğundur. Hazırda ekonomik baxımdan istifadə olunan led, diod lapmalar işıq kütləsinin soyuq çalarları rənginə uygun gəlir”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Aynurə Əliyeva deyib.
Onun sözlərinə görə, bu tip lampalar ofisdə işçilərin iş qabiliyyətinə təsir edir: “Gözdə yorğunluq, gərginlik yaradır. Bu səbəbdən ofislərdə "süni gün işığı" adlanan lampalardan istifadə məsləhətdir. Göy rəngli işıq saçan elektron monitorlu cihazlar (telefon, planşet, kompüter) gözlərə mənfi təsir göstərir, azyaşlı uşaqlara hətta məhdudiyyət qoyulur.
Xarici ölkələrdə aparılan araşdırmaların nəticələrinə əsasən, bu tip cihazların yaşa bağlı makula degenerasiyasının (sarı ləkə) inkişafına səbəb olma ehtimalı var”.
Həkim bildirir ki, bu lampalar daha çox azyaşlılara təsir göstərir: “Valideynlər ən azından uşağın yatdığı otaqda adi, sarı işıq yayan lamplardan istifadə etməlidirlər.
Bundan başqa göy işığın orqanizmə mənfi təsiri nəticəsində yuxu pozuntusu yaranır. Buna göre də yuxudan ən az 1 saat öncə telefon və ya kompüter istifadə etməməyi məsləhət görürük. Uşaqlarda gecə qorxusu olmasın deyə valideynlərin istifadə etdiyi gece lampalarının da (abajur və lampanın) qırmızı rəngdə olmasını tövsiyə edirik. Bəzi araşdırmalar isə axşam saatlarında ümumi işıqlandırma zamanı bu lampalardan istifadə etməyin məqsədə uyğun oldugunu bildirir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB