Avtomobil idarə etməyin dəhşətli fəsadları BƏLLİ OLDU - HƏKİM FİKRİ
“Böyük şəhərlərin ən böyük problemlərindən biri insanların uzun müddət tıxaclarda qalmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Mütəxəssis Eksperti Zakir Quliyev deyib.

Onun sözlərinə görə, belə şəhərlərdə yaşayan insanlar daha çox avtomobil idarə edir: Bu da özlüyündə bir çox problemlərə gətirib çıxarır”.
Zakir Quliyev sözlərinə belə davam edib: “İnsan uzun müddət sükan arxasında oturarsa, bu insanların nevroloji olaraq əsəbləri daha gərgin olar. Belə insanlar stresə daha çox girir. Aparılmış araşdırmalar nəticəsində də böyük şəhərlərdə insanların depressiya və aqressiya yaşaması səbəblərindən biri tıxacların çox olması, insanların uzun müddət avtomobil idarə etmələridir. Bu günümüzün ən böyük problemlərindən biridir.
Sükan arxasında uzun müddət qalmaq sadəcə nevroloji və psixoloji olaraq deyil, bizə fiziki olaraq da ciddi şəkildə təsir edir. Belə ki, bu tip insanlarda oynaq-əzələ və dayaq hərəkət sistemində ciddi fəsadlar ortaya çıxa bilər. Nəticədə boyun ağrısı və onurğada ağrılar daha çox müşahidə olunar.
Digər problemlərdın biri də metabolik sindromdur. Sükan arxasında olan insanların artıq çəkili olması heç də təsadüfi deyil. Bu tip insanlar mütəmadi olaraq avtomobilsiz gəzintiyə cəlb olunmalıdır. Həmçinin, uzun müddət oturan insanlarda bu hal hemoroid xəstəliklərinin artmasına gətirib çıxara bilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB