"Ön seqment arxa seqmentdən fərqlənir" - AYDINLIQ GƏTİRİLDİ

“Gözdibi xəstəliklərinin müalicəsi gözün arxa hissəsinin müalicəsidir. Ön seqment arxa seqmentdən fərqlənir. Bu istiqamətdə çalışan mütəxəssislər çox azdır. Şəkərli diabet, endokrinoloji xəstəliklər, ümumiyyətlə bədəndə olan bir çox xəstəliklərin fəsadları özünü gözdibində, yəni torlu qişada göstərir”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Paşa Qəlbinur deyib.

O bildirib ki, gözdibindəki torlu qişa gözün görmə funksiyasının ən məhsul yerlərindən birini təşkil edir: “Bu mənada müasir elm və texnikanın ən yeni nailiyyətlərindən bəhrələnib, gözdibi xəstəliklərini müalicə etmək mümkündür. Onların terapevtik, cərrahi müalicəsi həyata keçirilir. Azərbaycan oftalmologiyası gözdibində olan xəstəliklərin hər birini dünya ölkələri ilə müqayisə edilə biləcək səviyyədə həyata keçirir. Bədənin bir çox xəstəlikləri gözdibində təzahür edir. Hətta nə vaxtsa insan bədənin keçirmiş olduğu xəstəliyin izi belə gözdibində qalır. Buna görə də göz tək bədii deyil, tibbi mənada da bədənin aynasıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə