...Ədviyyatların yeməklərə xüsui dad verdiyi məlumdur. Onların həqiqi sağlamlıq faydaları artıq çoxdan məlum olub, belə ki...
...Qan şəkərinin aşağı salınması və insulin müqavimətinin yaxşılaşdırılmasına gəldikdə, zəncəfil siyahıya başçılıq edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Eatingwell.com” yazır.
Belə ki, həkim Kançan Koya görə, zəncəfilin tərkibində iltihabla mübarizə aparan gingerol kimi güclü polifenollar var ki, bu da dolayı yolla qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir.
...İltihab insulin müqaviməti və zəif qan şəkərinə nəzarət ilə əlaqələndirilir. Buna görə də, zəncəfil kimi ədviyyatlarla iltihabı balanslaşdırmaq qan şəkərinin səviyyəsinə faydalı təsir göstərə bilər.
Bunu Kançan Koya deyir.
...2024-cü ildə Nutrients jurnalında dərc edilən bir araşdırma və meta-analiz göstərdi ki, acqarına zəncəfil qan şəkəri və insulin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
...Bəzi tədqiqatlar göstərir ki, zəncəfil insulinə həssaslığı yaxşılaşdırmaq və karbohidratların həzmini yavaşlatmaqla qan şəkərinin səviyyəsinə müsbət təsir göstərə bilər, nəticədə yeməkdən sonra qanda şəkər artımı daha az olar.
Bunu isə diyetisyen Colette Miko bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB