Bu ədviyyat qəhvənizi ürəyiniz üçün xüsusilə sağlam edəcək

Kardioloq Lakşmi Mehta xüsusilə ürəyiniz üçün qəhvə hazırlaya bilən ədviyyatın adını çəkib.

...Və bu darçındır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Parade” jurnalı yazır.

...Bəzi tədqiqatlar göstərir ki, darçın tip 2 diabetli insanlarda qan şəkərinin səviyyəsini, həmçinin yüksək xolesterol və trigliseridləri aşağı sala bilər.

Həkim Samuel Mathis bu tapıntılarla razılaşaraq əlavə edib ki, darçın immunitet sistemimizi gücləndirir, xərçəng riskini azaldır və təkcə ürəyə deyil, beyinə də qoruyucu təsir göstərir.

Qəhvəyə darçın əlavə etmək də onu şəkərsiz şirinləşdirməyin bir yoludur ki, bu da ürəyiniz üçün xüsusilə faydalıdır.

Mütəxəssisin sözlərinə görə, qəhvənin özündən söhbət gedəndə, onun ürəyə faydası ilə bağlı elmi sübutlar var: ...Qəhvə içənlər içməyənlərə nisbətən ürək-damar xəstəlikləri daha az olur. Mütəmadi olaraq qəhvə istehlakı hipertoniya, ürək çatışmazlığı riskini azaldır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə