Qəhvə və xərçəng: alimlər gözlənilməz açıqlama veriblər

Qəhvə bağırsaq xərçənginin inkişaf riskini azalda bilər. London İmperial Kollecinin alimləri bu qənaətə gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, material Beynəlxalq Xərçəng Jurnalında təqdim edilib.

Mütəxəssislər birinci, ikinci və üçüncü mərhələdə kolorektal xərçəngi olan 1719 xəstənin məlumatlarını təhlil ediblər.

Məlum olub ki, gündə iki-dörd fincan kofe içənlərin təkrarlanma ehtimalı əhəmiyyətli dərəcədə azdır.

Eyni zamanda, davamlı olaraq gündə dörd və ya daha çox fincan qəhvə içənlərdə kolorektal xərçəngin təkrarlanma riski 32 faiz azalıb.

Bundan əlavə, ən aşağı ölüm riski gündə dörd fincan qəhvə istehlak edənlər qrupunda qeyd edilib.

Mütəxəssislər, əldə edilən məlumatlara baxmayaraq, əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayır və qəhvə içməzdən əvvəl hələ də həkiminizlə məsləhətləşməyə çağırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə