Diabetiniz varsa hansı şirniyyatları yeyə bilərsiniz?

...2-ci tip şəkərli diabet xəstələri ləzzətli yeməklərdən tamamilə imtina etməli deyil - onlar üçün xüsusi fruktozalı desertlər yaradılmışdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NEWS.ru-ya diyetoloq-endokrinoloq Viktoriya İvanova şirniyyatların çox fərqli ola biləcəyini qeyd edib.

Şəkərli diabetiniz varsa, fruktoza əsaslı konfetlər, dondurma, peçenye və hətta tortlar yeyə bilərsiniz.

Bundan əlavə, tərkibində minimal miqdarda heyvan yağı olan şəkərsiz tortlardan dadmaq mümkündür.

...Şəkərli diabet üçün faydalı olan şirniyyatlar arasında ilk növbədə dənli barlar, zefir və meyvə əsaslı zefirlər eləcə də tünd şokoladı qeyd etmək lazımdır.

Mütəxəssis deyir bunu.

Diabet xəstələri diyetlərinə karbohidratların yavaş-yavaş parçalandığı qidaları daxil etməlidirlər. Məsələn, qəhvəyi düyü və bütün taxıllı makaron...

Mütəxəssis xəbərdarlıq etdi ki, hətta düzgün şirniyyatla belə, onların istehlak miqdarına nəzarət etmək lazımdır, çünki tatlandırıcılar qanda qlükoza səviyyəsini də artıra bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə