“Heydər Əliyevin 100 illiyi (1923-2023)”

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv Dr. Rəşad Mahmudovu bu münasibətlə təbrik edir, peşəkar fəaliyyətində yeni-yeni uğurlar arzulayır!

Bütün xəbərlər Facebook səhifəmizdə