Milli Oftalmologiya Mərkəzi Gəncədə səyyar tibbi aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası martın 15-16-da Gəncə şəhər sakinləri üçün Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən tibbi aksiya keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tibbi aksiyanın keçirilməsində əsas məqsəd şəhid və qazi ailələrinin sağlamlıqları ilə bağlı problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir.

Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub.

Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə