Həkim dərinin dartılması üçün vitamin aşkar edib..?

Həkim dərinin dartılması üçün vitamin aşkar edib..?

...Terapevt Dmitri Karpenko dərinin sallanması və qocalması ilə mübarizədə kömək edəcək iki vitamin təqdim edir.

Gəncliyi qorumaq və normal kollageni saxlamaq üçün o, A və C vitaminləri və onların tərkibində olan məhsulları istehlak etməyi məsləhət görür.

Həkimin sözlərinə görə, A vitamini kollagenin məhv edilməsinin qarşısını alan fermentlərin sintezində iştirak edir və dərini dartmaq funksiyasını yerinə yetirir.

Karpenko xatırladıb ki, maddə yağda həll olunan qrupa aiddir, yəni yağlarla yaxşı əmilir.

SİA-nın əldə etdiyi məlumata görə, “Doctor 24” portalı həkimdən sitat gətirir: “...Ona görə də rəndələnmiş yerkökünə tez-tez bitki yağı, məsələn, zeytun yağı və ya xama əlavə olunur”.

C vitamininin faydalarından danışan terapevt onun antioksidant olduğunu və kollagen istehsal etdiyini bildirib. Naringi, limon və bolqar bibəri C vitamini ilə zəngindir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə