...Bir müddət əvvəl tədqiqatçılar genetika ilə bağlı rusların hansı vitaminlərdən məhrum olduğunu müəyyən etdilər.
Tədqiqatın nəticələrinə əsasən, Genotek mütəxəssisləri Rusiya vətəndaşları arasında vitamin çatışmazlığı riskinin yüksək olduğunu açıqladılar. Onların fikrincə, ruslar ən çox D vitamini çatışmazlığı problemini yaşayırlar.Təxminən hər beşinci rusiyalının, xüsusən Sibir və Uzaq Şərq sakinlərinin D vitamini səviyyəsinin aşağı olmasına genetik meylli olduğu bildirilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ikinci yerdə B6, B9 (fol turşusu) və B12 çatışmazlığı problemi olub.
Maraqlıdır, vitamin çatışmazlığından necə qurtulmaq olar? Bədəninizdə vitamin çatışmazlığını aşkar etmək üçün qələm necə kömək edə bilər? Hansı qidalar arıqlamağa kömək edəcək? Qurbağanı öpmək insanın sağlamlığına necə təsir edə bilər?
...Yeri gəlmişkən, reanimasiya həkimi və tədqiqatçı Mett Morqan yeni kitabında heyvan həyatını dərk etməyin insan xəstəliklərinin müalicəsinə necə kömək edə biləcəyini izah edir. Ətrafımızdakı texnologiya xərçənglə mübarizə aparmağa, inanılmaz cərrahiyyə əməliyyatları həyata keçirməyə, sepsisi müalicə etməyə, ürəkləri yenidən işə salmağa, orqanların transplantasiyasına və insanların həyatını xilas etməyə imkan verir.
Halbuki bütün bunlar milyonlarla il əvvəl aşkar edilmişdir. Həkimlər, tibb bacıları və tədqiqatçılar tərəfindən deyil, səmada uçan, yerin altında qazılan və okeanda üzən heyvanlar tərəfindən. Budur, onların bizə öyrətdiyi ən heyrətamiz dərslərdən bəziləri kitabda ətraflı təsvir edilib...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB