“Hospitalda göz xəstəlikləri üzrə 4 uzman həkim fəaliyyət göstərir“

"Liv Bona Dea" Hospitalında göz xəstəlikləri üzrə 4 uzman həkim fəaliyyət göstərir. Həmçinin Türkiyədən daimi olaraq qonaq uzman doktorlar dəvət edilir". SİA xəbər verir ki, göz xəstəlikləri uzmanı, doktor Əhməd Abdullayev jurnalistlərə açıqlamasında icra olunan əməliyyatlarla bağlı məlumat verib: "“Liv Bona Dea" Hospitalında icbari tibbi sığorta ilə bir sıra əməliyyatlar icra olunur. Bu əməliyyatlara insanların mirvari suyu kimi tanıdığı katarakt, çəp gözlük əməliyyatlar, yüksək göz təzyiqi üçün istifadə olunan cərrahiyə, göz dibi əməliyyatları həyata keçirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə