"Zobun yaranma səbəbləri nələrdir?" - QURUMDAN AÇIQLAMA VERİLDİ

"Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir". Respublika Endokrinoloji Mərkəzdən SİA-ya verilən məlumata görə, vəzin ifraz etdiyi hormonlar maddələr-mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir: "Ölçülərinə görə hipertrofik və atrofik; funksiyasına görə hipertireodit, eutireodit və hipotireodit formalarına bölünən vəzlər morfoloji proses ocaqlı və ya diffuz şəkildə ola bilər. Xəstəliyin yaranma səbəbləri:

- İrsiyyət;
-Travmalar(psixi və fiziki);
-Qalxanvari vəzidə aparılan operativ müdaxilə;
-Vəzin iltihabı;
-Radioaktiv yodla aparılan müalicə və yaxud endemik yaxud sporadik ürün yodla uzun müddət düzgün aparılmayan müalicə.

Daha çox qadınlarda rast gəlinməsinin səbəbi nədir?

Statiskaya görə qalxanabənzər vəzi xəstəliklərinə 30-60 yaşında qadınlarda daha çox rast gəlinir. Bunun səbəbi hamiləlikdə ən çox üzərinə yük, gərginlik düşən orqanlardan birinin qalxanabənzər vəzin olmasıdır. Bəzən qalxanabənzər vəz sadəcə zədələnir, nəticədə onun həcmi böyüyür.

Necə müalicə olunmalıdır?

Zobun orqanizmə patoloji təsiri olmadığı üçün əksər hallarda xüsusi müalicə tələb etmir. Xəstəliyin gedişatını izləmək üçün pasiyentlərin müntəzəm olaraq endokrinoloq konsultasiyasından keçmələri kifayətdir. Zobun iri ölçülü olduğu və kompressiv sindrom müşahidə edildiyi hallarda qalxanabənzər vəzin üzərinə düşən funksional ağırlığı azaltmaq lazımdır. Əsas müalicə metodu əvəzləyici hormonal terapiyadır.

Autoimmun tireodidi konservativ və operativ üsullarla müalicə edirlər. Patogenetik müalicə autoimmun prosesə təsir edib, vəzi toxumasına qarşı antitel əmələ gəlməsinin qarşısını almaqdan ibarətdir.
Xəstəlik vaxtında aşkar edilib, düzgün müalicə aprılmadığı təqdirdə vəzi toxuması tamamilə birləşdirici və limfoid toxuma ilə əvəz olunur. Bu halda dərman müalicəsi heç bir effekt vermir və operativ müdaxilə tələb olunur. Əməliyyat nə zaman zəruri olur:
-Vəzi toxuması böyüyüb xəstəni boğaraq narahat edəndə;
-Autoimmun tireodit vəzinin xərçənginə çevrildikdə və ya onunla birlikdə rast gəldikdə".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə