...Qırmızı kələm bağırsaq sağlamlığını yaxşılaşdırır, qaraciyərin detoksifikasiyasını təşviq edir və immun sistemini dəstəkləyir.
SİA-nın məlumatına görə, bu barədə dietoloq Franklin Jozef (Çester Universiteti, Böyük Britaniya) bu barədə Daily Mirror-a bildirib.
Mütəxəssisin sözlərinə görə, qırmızı kələm brokolidə olanlara bənzər və xərçəng əleyhinə xüsusiyyətlərə malik birləşmələr ehtiva edir.
Bundan əlavə, kələm sağlam bağırsaq və immun sisteminin fəaliyyətini təşviq edən qida lifi ilə zəngindir.
Lif həmçinin xolesterol səviyyəsini idarə etməyə kömək edir və demək olar ki, heç bir kalori ehtiva etmir.
Həkim qeyd edib ki, "Tərəvəzin canlı rəngi polifenolların və antosiyaninlərin - açıq şəkildə iltihab əleyhinə və antioksidan xüsusiyyətləri olan bioaktiv maddələrin yüksək tərkibini göstərir".
Jozef əlavə edib ki, kələmdəki prebiotik lif faydalı bağırsaq bakteriyalarını qidalandırır və balanslı mikrobiomu qoruyur. O qeyd edib ki, mikrobiom getdikcə təkcə həzmə deyil, həm də zehni sağlamlığa təsir edən amil hesab olunur.
Dietoloqun sözlərinə görə, qırmızı kələm həmçinin detoksifikasiya və metabolik proseslərin səmərəliliyini artırmaqla qaraciyər sağlamlığını dəstəkləyir.
Həkim gündəlik bir neçə qaşıq kələm yeməyi - çiy və ya az bişmiş şəkildə yeməyi tövsiyə edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB