“Həkimlərimizi tanıyın!” rubrikasında Samir Mustafayevi təqdim edirik

Dr.Samir Mustafayev Mərkəzi Gömrük Hospitalında pasiyentlərin ürək-damar sistemini müayinə edir, EKQ, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofagial exo, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası, kardioversiya, müvəqqəti süni ritm aparıcısı tətbiqi, intaortik balon pompası tətbiqi, koronar angioqrafiya, PTKA, yüksək riskli PTKA və stent tətbiqi, xroniki total okkluziyalarda PTKA və stend, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, koronar, periferik, renal agioqrafiya və aortaqrafiya ilə məşğul olur. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/samir-mustafayev/.

Samir Mustafayev 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin II müalicə profilaktika fakültəsində ali təhsil almış, 2009-cu ildə Türkiyənin Samsun şəhərində 19 Mayis Universitetinin Tibb fakültəsi xəstəxanasında ümumi kardiologiya üzrə təhsilini davam etdirmiş və 2009-2012-ci illərdə Türkiyə Cümhuriyyəti, Samsun Mediva özəl xəstəxanasında invaziv kardioloq kimi çalışmışdır. Samir həkim 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında invaziv kardioloq kimi fəaliyyət göstərir.

Dr. Samir Mustafayev dünya üzrə keçirilən bir sıra konfranslarda, ö cümlədən 2015-ci ildə İngiltərənin paytaxtı London şəhərində “Avropa Kardioloji Cəmiyyəti”-nin konfransında, 2016-cı ildə İtaliyanın paytaxtı Romada “Avropa Kardioloji Cəmiyyəti”-nin konfransında, 2017-ci ildə “Avropa Kardioloji Cəmiyyəti”-nin İspaniyanın Barselonada keçirilmiş konfransında, 2018-ci ildə Almaniyanın Münhen şəhərində keçirilmiş ESC konqresində, 2019-cu ildə Avropa Kardioloji Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın Paris şəhərində keçirilən konfransında və 2023-cü ildə Avropa Kardioloji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Avropa Kardioloji konfransında iştirak edib. Dr. Samir Mustafayev Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardioloji Dərnəyinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr.Samir Mustafayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

(012) 404-08-08
Bakı, K.Kazımzadə, 118

#SamirMustafayev #invazivkardioloq #həkim
#Tanıtımrubrikası #kardioloqlar #tanıtım
#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Bütün xəbərlər Facebook səhifəmizdə