DGK Tibbi Xidmət İdarəsinin rəis müavini UNİCEF-in tədbirində iştirak edib - FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 28 fevral 2024-cü il tarixində “Azərbaycanda səhiyyə işçilərinin çirklənmə və iqlim dəyişikliyi ilə bağlı bilik, bacarıq və uyğunlaşma davranışlarının qiymətləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada çıxış edib. SİA xəbər verir ki, dosent İsmayıl Əfəndiyev tədbirdə çıxış edərək Azərbaycanda uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətinin təhlil etmiş və tibb tələbələrin, rezidentlərin və səhiyyə sistemində çalışan tibb işçilərin bu sahədə bilik və bacarıqların arılmasının vacıbliyin vurğulayıb. Dəyirmi masada ətraf mühit sağlamlığı üzrə təlim modullarının ali və orta tibb təhsil müəssisələrində tədris proqramına inteqrasiyası, ətraf mühit sağlamlığı üzrə ilkin səhiyyə işçiləri üçün rəqəmsal platforma, bu sahələr üzrə hazırlanmış təlimçilər üçün metodik göstərişlər və ətraf mühitin sağlamlığı üzrə ilkin səhiyyə işçiləri üçün tədris vəsaiti və digər aktual məsələlər müzakirə olunub.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) tərəfindən təşkil onumuş dəyirmi masada Azərbaycan Respulikası Səhiyyə Nazirliyi, Ekolojiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan Tibb Universiteti, Mərkəzi Gömrük Hospitalının və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə