Qızılca orqanizmdə müxtəlif fəsadlar yarada bilər

Qızılca da orqanizmdə müxtəlif fəsadlar yarada bilər. SİA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi- Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərova qızılca ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, buraya sətəlcəm, orta qulağın iltihabı, miningit və s. aiddir: “Qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir. Bununla da orqanizmdə başqa infeksiyalara həssaslıq artır. Həmçinin bədənə ikincili bakteriyalı infeksiyaların qoşulması nəticəsində ağırlaşmalar baş verə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə