Mərkəzi Gömrük Hospitalının Kardiocərrahiyyə şöbəsinin ikinci kurs həkim-rezidenti Fərid Salahlı 29 fevral 2024-cü il tarixində saat 14.00-da “Ürəyin işemik xəstəliklərinə cərrahi yanaşma” mövzusunda təqdimatla çıxış edəcək. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının konfrans zalında əyani və zoom vasitəsilə gerçəkləşdiriləcək bu seminarda Mərkəzi Gömrük Hospitalının kardioloqları, kardiocərrahiyyə ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştiraka dəvətlidir. İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/tD2xfs.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB