Damar sağlamlığının yeni göstəricisi tapılıb

Alimlər xolesterol səviyyəsindən asılı olmayaraq ürək-damar xəstəlikləri riskini proqnozlaşdıran yeni qan göstəricisi tapıblar.

SİA-nın əldə etdiyi məlumata görə, araşdırma "Circulation Research" jurnalında dərc olunub.

Tədqiqatçılar insanlarda immunoqlobulin G-nin (IgG) şəkər “örtüyü”nü tədqiq ediblər. IgG zülalları immunitet sisteminin komponentləridir və xroniki iltihab və infeksiyalara qarşı qorunma ilə əlaqələndirilir. Əvvəlki tədqiqatlar göstərdi ki, iltihab ürək-damar xəstəlikləri üçün mühüm risk faktorudur.

Yeni işdə alimlər müəyyən ediblər ki, IgG zülalının şəkər qalıqları ilə örtülməsinin təbiəti qanda xolesterinin səviyyəsindən asılı olmayaraq ürək-damar xəstəlikləri, infarkt və insult riskini proqnozlaşdırır.

Qeyd edək ki, tədqiqat ürək-damar xəstəliklərinin erkən diaqnozu üçün əsas ola bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə