Hansı xəstəliklərin ilkin simptomu tərləməkdir? - HƏKİM MÜNASİBƏT BİLDİRDİ

"Tərləmək insanın psixoemosional durumuna və termorequlyasiyaya bağlı olan əlamətdir". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

Həkim bildirib ki, yəni bəzi stress durumlarında, nevroz olan xəstələrdə, assinovegetativ sindromda və başqa hallarda bəzən tərləmələr ola bilir: "Soyuq tərbasma kimi hallar da yaşana bilir. Əllərin tərləməsi də bu vəziyyətlərin fonunda baş verə bilər. Xəstələrin soyuq tərbasması və sair bütün bunlar hamısı vegetativ sinir sisteminin və qan dövranının mobil reaksiyaları, damarların spazmı, genişlənməsi və sair kimi psixoemosional durumlarda baş verə bilər.

Bir də yüksək temperatur fonunda sidik tənzimini normaya salmaq, həyata keçirmək üçün tərləmə baş verir. Necə ki, isti havada tərləyirik, yüksək temperaturda müəyyən maddələrin təsiri ilə orqanizmdə gedən proseslərin nəticəsində tərləmə baş verə bilər ki, istiliyin müəyyən hissəsi həmin tərlə xaric edilə bilsin. Orqanizmdə yüksək temperatur fonunda həyat üçün arzuolunmaz hadisələr baş verməsin. Əslində bunların bir qrupu kompensatur reaksiya, digəri isə psixoemosional durumdan qaynaqlanan damar-sinir reaksiyasından baş verir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə