Elektriklənmə nədən yaranır? - AYDINLIQ GƏTİRİLDİ

"Son dönəmlərdə hamı bununla maraqlanır ki, niyə əlimizi nəyəsə vuranda "tok"keçirmə hissi baş verir. Bunu bilmək lazımdır ki, tamamən fizioloji bir prosesdir. Bu, pataloji bir proses deyil. Yəni, hər hansı bir xəstəlik əlaməti heç deyil. Hər bir şəxsin özünün elektron toplama qabiliyyəti var. Elə adam var ki, onun bədəni elektriklənməyə meyillidir, elə adam da var ki, onun bədəni sintetik paltarlar geyinsə, belə çox cüzi elektriklənmə yaradır". Bu sözləri SİA-ya nevroloq Cəmil İbrahimov deyib.

Onun sözlərinə görə, elektriklənmə çeşidli səbəblərdən ola bilər: "Daha çox bədəndə statik elektrik geyimlərdən, sintetika, xəz, yun kimi geyimlər bədəndə elektrik yığılmasına səbəb olur. Yəni, statik elektrik insan bədəninə keçir və daha sonra o əlini hər hansı bir şeyə toxunduranda "tok"vurma hissi yaradır. Çünki yığılmış enerji biz əlimizi toxundurduğumuz əşyaya, dəmirə və yaxud da ki, bir şəxsə ötürülür.

Nevroloq sözlərinə davam edərək bildirib ki, bədənə təmas olunan hissələrə pambıq materialdan hazırlanmış geyimlərdən istifadə etmək lazımdı: "Bu hallara daha çox qış aylarında rast gəlinir. Çünki hamı daha çox sintetik, xəz paltarlardan istifadə edir və buna görə də qış aylarında daha çox elektriklənmə hadisəsi müşahidə olunur.

Əgər ev şəraitində elektriklənmə halı olursa, məsləhətdir ki, evin havası rütubətli olsun, evdəki əşyaları nəm dəsmalla silmək lazımdır və bununla yanaşı, vaxtaşırı evi havasını dəyişmək məcburidir.

Bu elektriklənmə hadisəsi tam fizioloji hadisədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə