Beyinə mümkün qədər uzun müddət demensiyadan qaçmağa kömək edəcək məhsullar barədə bu dəfə belaruslu həkim Oksana Şilova danışır. SİA bu barədə Belarus saytlarına istinad edir.
Deməli, onun sözlərinə görə, tərkibində çoxlu tərəvəz, balıq və zeytun yağı olan Aralıq dənizi pəhrizinə riayət edənlərdə demensiya, o cümlədən alzheimer növünün inkişaf riski daha azdır. Amma istənilən halda gündəlik menyunuza kələm, pomidor, xiyar və digər mövsümi tərəvəzləri daxil etmək faydalıdır.
Həkim toyuq əti yeməyi məsləhət bilir. O həmçinin hisə verilmiş, qızardılmış, ədviyyatlı və ya turşu yeməməyi məsləhət görür.
Bağ işləri də daxil olmaqla fiziki fəaliyyət uzun ömür üçün yaxşı bələdçidir. Digər vacib məqam qan təzyiqi, qan şəkəri və optimal bədən çəkisinin məcburi monitorinqidir. Fəaliyyətləri dəyişdirmək və səyahət etmək də faydalıdır.
...Bunlar insanı yaxşı formada saxlayır, idrak funksiyalarının azalmasının qarşısını alır, bütün orqanizmin, xüsusən də beynin gəncliyini uzadır.
Həkim qeyd edib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB