Məlumdur ki, artıq bir neçə müddətdir müxtəlif lazer cihazları populyarlaşmaqda davam edir. Bu gün 90 faiz qadın lazer prosedurlarından yararlanır. Üstəlik heç kişilər də bu məsələdə xanımlardan geri qalmır.
Son zamanlar isə lazer prosedurunun biraz fərqli forması olan Fraksional CO2 lazer adına tez-tez rast gəlirik. Bu lazer digərlərindən ilk olaraq qiymətinə görə fərqlənir. Belə ki, prosedurun 1 seansı kiçik bölgə üçün 100-150 AZN təşkil edir. Digər fərq isə cihazın gördüyü işdir. Bəs, bu lazerin hansı müsbət və mənfi cəhətləri var?
SİA mövzu ilə bağlı araşdırma edib.
Fraksional lazerlər işlənməmişdən əvvəl klassik CO2 lazerləri, yəni ablativ (soyucu) lazerlərdən istifadə olunurdu. Burada dərinin bütün təbəqələrinə lazer şüası vurulur və dərindən pilinq prosesi aparılır. Buna görə də dərinin sağalma müddəti daha uzun çəkir və proses xəstə üçün çətin olurdu. Fraksiya funksiyası ilə bu çox daha rahat və müvəffəqiyyətli hala gətirililib. Həmçinin, bərpa müddəti xeyli qısaldılmış lazer tətbiqidir və xəstənin işə, ictimai həyata qayıtması üçün orta hesabla 1-2 gün lazımdır.
Fraksiyalı lazer sızanaq izlərinin, çapıqların, dərinin yenilənməsi və çat izlərinin müalicəsində istifadə edilən ən effektiv lazer sistemidir. Yan təsirlərinin az olması və sağalma müddətinin qısa olması səbəbindən son zamanlar digər üsullar arasında ən yaxşısıdır. Fraksional CO2 lazeri sayəsində 10650 nm dalğa uzunluğu ilə daha dərin toxumalara təhlükəsiz şəkildə tətbiq oluna bilər.
Fraksional CO2 lazerinin istifadə sahələri hansılardır?
- Üz və boyun qırışlarının düzəldilməsi,
- Qeyri-cərrahi üz gərmə əməliyyatlarında,
- Qeyri-cərrahi üz cavanlaşdırma prosedurlarında,
- Sızanaq və sızanaq izlərinin müalicəsində,
- Yanıqların, yaraların və əməliyyat çapıqlarının müalicəsində,
- Hamiləlik və doğuşdan sonrakı çatların müalicəsində,
- Dərinin dartılmasında,
- Yaşlanma və günəş ləkələrini aradan qaldırmaq üçün istifadə olunur.
Fraksional CO2 lazeri necə tətbiq olunur?
Tətbiq etməzdən əvvəl dəri təmizlənir və lokal anestezik (keyidici) krem çəkilir. Lazer proseduru bütün üz üçün təxminən 10-15 dəqiqə çəkir.
Karbon dioksid (CO2) lazerinin fraksiya funksiyası filtr kimi işləyir. Fraksional lazer sistemlərində tətbiq öz sahəsində mütəxəssis olan dermatoloqlar tərəfindən təyin edilir. Lazer şüası bəzi toxumalara göndərilərkən, qonşu toxumalara heç bir şüa göndərilmir. Beləliklə, lazer şüaları ilə buxarlanan toxumaların yanındakı sağlam toxumalar tərəfindən dərhal sağalma prosesi başlayır. Yaranan yeni toxumalarda kollagen və elastin kimi birləşdirici toxuma sintezi artır.
Fraksional CO2 lazer dərini necə müalicə edir?
CO2 lazer şüaları toxumadakı su molekulları ilə qarşılıqlı əlaqədə olur və toxumalar 120 mikron diametrli sütunlar şəklində buxarlanır. Bu arada toxumada olan kollagenlər qısalır və buxarlanan toxumalar yanlarında yerləşən bütöv toxuma adaları tərəfindən sürətli bir sağalma prosesindən keçir.
Fraksional CO2 lazer tətbiqinin hər hansı yan təsirləri varmı?
Fraksional CO2 lazer tətbiq edildikdən sonra 1-ci gündə qızartı, sonrakı 4-5 gündə isə kiçik qabıqlar əmələ gəlir. Yan təsirlər tətbiqin dərinliyinə və insanın dəri quruluşunun xüsusiyyətlərinə görə dəyişir. Məsələn, daha çox zədələnmiş və daha dərin qırışları olan dəri üzərində edilən tətbiqlərdə daha uzun sürən qızartı müşahidə edilə bilər. Ümumiyyətlə, prosedurdan sonra təxminən bir saat günəş yanığı hissi hiss edilə bilər. Şikayətlər yüngül və müvəqqəti xarakter daşıyır.
Fraksiyalı CO2 lazer tətbiqində effekt nə vaxt müşahidə olunur?
Fraksiyalı CO2 lazer tətbiqindən sonra qabıqlar töküldükdə dərinin altında çəhrayı və yeni dəri əmələ gəlir. Lazer tətbiq edildikdən sonra təsir 3-6 ay ərzində müşahidə olunur. Çünki fibroblastlardan kollagen istehsalı 3 həftə ərzində başlayır və bu proses daha 3-6 ay davam edir.
Fraksional CO2 lazer müalicəsinin qiymətləri nə qədərdir?
Tətbiq ediləcək müalicə xəstənin ehtiyaclarına uyğun olaraq təyin olunacağından, Fraksiyonel CO2 lazer müalicəsi qiymətləri tətbiq olunan sahəyə görə dəyişə bilər.
CO2 lazer tətbiqindən sonra dərialtı kollagen liflərinin qəfil 30% qısalması müşahidə olunur. Növbəti 1-3 ayda dəri altında yeni kollagen əmələ gəlməsi və dərialtı birləşdirici toxumanın yenidən qurulması baş verir. Bütün bunların nəticəsində dərinin cavanlaşması deyilən dərinin dartılması və dəridə pürüzlərin, ləkələrin və çapıqların yüksək səviyyədə azalması meydana gəlir. Dəridəki məsamələr daralır və dəri quruluşu 10-15 il əvvəlki vəziyyətinə qayıdır.
Fraksiyalı CO2 Lazer tətbiqi ağrılıdırmı?
Tətbiq zamanı lazer epilyasiyada olduğu kimi azacıq ağrı hissi var. Bu hiss lokal anestezik kremlərdən və ya soyuq havadan istifadə etməklə daha da azaldıla bilər.
Fraksiyalı CO2 lazer tətbiqi neçə dəfə edilir?
Fraksiyalı CO2 lazer sistemində seansların sayı problemin şiddətindən və tətbiqin güc və dərinlik parametrlərindən asılı olaraq dəyişir. Hər tətbiqdən sonra orta hesabla 40% yaxşılaşma müşahidə olunur. Yüngül və ya orta dərəcəli qırışlar və çapıqlar üçün bir və ya iki seans kifayət olsa da, çox dərin sızanaq izləri və qırışlar üçün müalicə bir neçə (3-5) seansda təşkil edilir. Seansların tezliyi tətbiqin dərinliyinə görə dəyişir: səthi tətbiqlər üçün müalicə 1-1,5 aydan bir, dərin tətbiqlər üçün isə 3 aydan bir təkrarlanır.
Müalicə prosesinin xüsusiyyətləri nələrdir?
Fraksiyalı CO2 lazer tətbiqindən sonra sarğı tələb olunmur. Dəridə 3-7 gün davam edən səpgidən və bəzən azacıq soyulmadan başqa heç bir şikayət yoxdur. Xəstə ilk gündən sonra makiyaj edə bilər. CO2 fraksiya lazerinin bu üstünlüyü xəstəyə gündəlik həyatını davam etdirməyə imkan verir.
Tətbiqdən əvvəl nələrə diqqət yetirilməlidir?
Tətbiq etməzdən əvvəl xəstə 1 ay günəşdən və solaryumdan uzaq olmalıdır. Qanın laxtalanmasının qarşısını alan dərmanlar (aspirin, heparin...), tərkibində retinoidlər olan dərmanlar (izotretionin), fotohəssaslıq yaradan dərmanlar (tetrasiklin, naproksen, estrogen, progesteron, doğuşa nəzarət həbləri, xlorokin) qəbul edilməməlidir. Tətbiqdən əvvəl dermabraziya və soyma kimi dəri aşındırıcı müalicələr və ya dəri dartma əməliyyatı edilmişsə, müalicəni həyata keçirən həkimə məlumat verilməlidir. Xəstənin keçmişdə herpes xəstəliyi varsa, müraciət etməzdən əvvəl dərman qəbul etməlidir.
Müraciətdən sonra nələrə diqqət yetirilməlidir?
Tətbiqdən 1 gün sonra isti duş qəbul edə bilərsiniz. Ödem və iltihabı azaltmaq üçün soyuq kompreslər tətbiq oluna bilər. Tətbiqdən sonra dəridə yarana biləcək qabıqların qarşısını almaq üçün dəri nəm və təmiz saxlanılmalıdır. Dəri steril cuna istifadə edərək xüsusi maddə ilə təmizlənməlidir. Antibiotik kremlər xüsusilə hər təmizlik və duşdan sonra tez-tez istifadə edilməlidir. İlk həftə ərzində bu təmizləmə və nəmləndirmə prosesi gündə 3-4 dəfə təkrarlanmalıdır. Sağaldıqdan sonra makiyaj tətbiq oluna bilər. Xəstənin dəri tipi və ətraf mühit şəraitindən asılı olaraq sağaldıqdan sonra günəşdən qoruyucu kremlərdən istifadə edilməli, aşındırıcı kremlərdən isə ən azı 1 ay istifadə edilməməlidir.
Azərbaycanda bu lazer hansı qiymət aralığındadır?
Ölkəmizdə Fraksional CO2 lazer seansının 1 qiyməti 100-150 AZN aralığındadır. Ən ucuz variant 90-100 AZN-dır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə