Alimlər "qırıq ürəkləri" sağalda bilən hidrogel yaradıblar

Bu arada alimlər zədələnmiş ürək toxumasını sağalda bilən hidrogel hazırlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “SciTechDaily” yayıb.

Deməli, Vaterlo Universitetinin tədqiqatçısı Dr. Elizabet Prins Toronto Universiteti və Dyuk Universitetindən olan həmkarları ilə birlikdə ağac pulpasından əldə edilən sellüloza nanokristallarından istifadə edərək sintetik material hazırlayıblar.

Nəticədə onlar insan toxumasının lifli nanostrukturlarını və xassələrini təqlid edən eləcə də bütün xüsusiyyətlərini yenidən yaradan material yaratdılar.

Doktor Prins qeyd edib ki, insan toxumasını təqlid edən hidrojellər zədələri bərpa etmək üçün insan orqanizminə vurula bilər - məsələn, infarkt keçirmiş xəstələrə.

Qeyd olunur ki, hidrogel nəinki zədələnmiş toxumaları sağaldır, həm də xərçəngin müalicəsində istifadə edilə bilər: alimlər ondan donor toxumadan alınan kiçik şiş nüsxələrinin böyüməsini stimullaşdırmaq üçün istifadə ediblər. Bu yolla onlar müəyyən bir xəstəyə təyin olunan bəzi dərmanların effektivliyini yoxlaya biliblər.

...Bu ixtira artıq xərçəng xəstələri üçün fərdi müalicəyə imkan verəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə