"Dərinin yağlılığında əsas səbəblərdən biri irsiyyətdir" - DERMATOLOQ DANIŞDI
"Dərinin yağlılığında əsas səbəblərdən biri irsiyyətdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-dermatoloq Səidə Əsgərova deyib.
Həkim deyib ki, bu halda dəriyə düzgün qulluq etmək lazımdır: "Çünki düzgün olmayan qidalanma olan yağlı, duzlu, şirin, ədviyyatlı qidaların çox olması aiddir. Tərkibində spirt olan üz qulluq vasitələrindən, pilinqdən çox istifadə etmək də buna təsir edir. Bu piy ifrazına səbəb olur.
Yağlı kremlərdən istifadə etmək olmaz. Bu tip dərilər üçün xüsusi kremlər olur. Belə qadınlarda kişi hormonu çoxdur. Bu da dəri piyinin ifrazının artmasına səbəb olur.
Yeniyetməlik dövründə qadınlarda hormonal pozulmaların səbəbi mümkündür. Ən çox müraciət edən də elə yeniyetmələrdir. Məddə-bağırsaq sistemi, endokrin, maddələr mübadiləsinin pozulması, xroniki yorğunluq, bəzi dərmanlardan uzun müddət ərzində qəbulu də buna səbəb olur.
Biz sudan çox istifadə etməliyik. Yeməklərimizə diqqətlə yanaşmalıyıq. Uzun sürən stres də saç və dərimizə böyük təsir göstərir. Bütün problemləri müayinə etdikdən sonra müalicəyə başlayırıq".
"Saçların yağlılığını tənzimləmək üçün yemək vərdişlərimizi dəyişdirməli, sağlam qidalara keçməli, zərərli vərdişlərdən imtina etməli, vitamin komplekslərinin qida əlavələrini qəbul etməli, saça düzgün qulluq vasitələrini seçməliyik. Saçın yağlılığının səbəbini araşdırmalıyıq. Saçı oynatmaq vərdişləri, qaynar su ilə saçı yumaq, düzgün şampunu seçməmək saçın yağlanmasına əsas səbəblərdəndir. Darayarkən daraq saç diblərinə dəyməməlidir. Şampun alarkən həkim tövsiyəsi ilə alınmalıdır. Yağlı yeməklərdən imtina olunmalı, saçlara tez-tez toxunmamalıdırlar.
Yağlılıq probleminin qarşısını almaq üçün bəzi tədbirlər alınmalıdır. Baş dərisinin həddindən artıq aktivliyi saçların yağlılığının artmasıdır. Saçları yağsız qoymaq da düzgün deyil. Çünki saçın da yağa ehtiyacı var. Saç çox yağlılıqdan da, çox qurulduqdan da tökülür. Ona görə vaxtında həkimə müraciət etmək vacibdir. İnsanlar özbaşına aptekə müraciət edirlər və yanlış məhsulları alırlar. Bizə ağırlaşmış vəziyyətdə gəlirlər. Vaxtında müraciət olunsa, çox gözəl olar. Saç tökülməsi, saçın yağlanması, uzun yağlanmasına görə həddindən artıq müraciətlər gəlir. Bunlar hər iki adamdan birində rast gəlinən problemlərdir" - deyə Ə.Səidə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB