Rusiyada naməlum virusların genomları aşkar edilib

Rusiya ərazisində hələ dünyanın heç bir yerində təsvir olunmayan 47 virusun genomu aşkar edilib.

SİA Moskva Şəhər İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, Rusiya virusu ilə bağlı bu miqyaslı iş ölkədə ilk dəfədir həyata keçirilir.

...Bu gün biz Rusiya Federasiyasının 46 subyektində sıx əməkdaşlıq edirik. 47 yeni virusun genomları aşkar edilib ki, onlar hələ heç bir yerdə, nə Rusiyada, nə də dünyada təsvir olunmayıb.

Popova Gələcək Texnologiyalar Forumunda deyib bunu.

O qeyd edib ki, bu məlumatlar qlobal əhəmiyyət kəsb edir və artıq onlar haqqında nəşrlər hazırlanır.

Popova həmçinin qeyd edib ki, Rusiya Federasiyasında 40 mindən çox patogen haqqında məlumatı özündə əks etdirən və dünyada ən böyüyü olacaq Rusiya Federasiyasının "virus xəritəsi"nin yaradılması üzərində iş gedir.

Hazırda Rospotrebnadzor bu məqsədlər üçün 8,4 mindən çox nümunəni emal edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə