Dr.Samir Ağalarov “Prostatın xoşxassəli hiperplaziyası və müalicəyə yanaşma” mövzusunda təqdimatla çıxış edib- Video

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloq-androloqu Samir Ağalarov 9 fevral 2024-cü il tarixində “Prostatın xoşxassəli hiperplaziyası və müalicəyə yanaşma” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının uroloqları, təcili yardım həkimləri, urologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştirak ediblər. Dr.Samir Ağalarovun çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik: https://youtu.be/O_Mvrf4jWug

DR.SAMİR AĞALAROV Mərkəzi Gömrük Hospitalında tibb sahəsində varikosel, Hipospadias, böyrək və sidik axarı daşları, prostat adenoması, onkoloji xəstəliklə və digər uroloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olur. Samir həkim 2002-2010-cu illərdə Türkiyə Respublikası Erciyes Universitetinin Tibb fakültəsində, 2014-2019-cu illərdə Türkiyə Respublikası Okmeydanı Təhsil və Tədqiqat xəstəxanasının Urologiya şöbəsində urologiya-andrologiya ixtisası üzrə uzmanlıq təhsili almışdır. Əmək fəaliyyətinə 2012-ci ildə Türkiyə Respublikasında Bodrum Acıbadem xəstəxanasında təcili tibbi yardım həkimi kimi başlayan Samir həkim 2014-cü ilə qədər burada çalışmışdır.

2019-cu ildə Azərbaycana qayıdan Dr.Samir Ağalarov 2019-2021-ci illərdə ölkəmizin özəl tibb müəssisəsində uroloq-androloq kimi çalışıb. O, 2021-ci ildən Mərkəzi Gömrük Hospitalının Urologiya fakültəsində uroloq-androloq kimi fəaliyyət göstərir. Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə